“Azərxalça” ilə birgə ərsəyə gətirdiyimiz bu layihə mədəniyyətimizin zəngin xəzinəsi və qədim toxuculuq sənətinin əsasını təşkil edən naxış palitrası ilə zəngin Qarabağ xalçaçılıq ənənələrini ehtiva edir. “Xalça əlifbası” adını daşıyan bu əsrarəngiz naxış nümunələri Vətən müharibəsində qazandığımız Zəfərə həsr olunmuşdur.
Eksklüziv xalça naxışları
“Xalça əlifbası” adını daşıyan bu əsrarəngiz naxış mümunələri Vətən müharibəsində qazandığımız Zəfərə həsr olunmuşdur.
Xalçanın adı “Xətai” silsiləsinə aid olan xalçalardan götürülmüş və 150-dən çox fərqli naxışlarla dünyada çox məhşur olan “Əjdahalı” xalçalar silsiləsinə aid edilir. Xalçanın “Xətai” adı isə belə oxşar naxışlarla bəzədilmiş və Şah İsmayıl Xətainin şərəfinə toxunmuş çoxsaylı xalçalardan götürülmüşdür. Əjdaha güc və hakimiyyət simvolu olmaqla yanaşı, qədim Türk xalqlarında yağış, ruzi-bərəkət timsalı kimi geniş yayılmışdır.
Qızıl əllərə sahib toxucular
Mədəni irsin qorunması ilə bərabər, müxtəlif bölgələrdə qadın məşğulluğunun inkişafına töhfə verən bu layihə “PAŞA Bank”ın xalçaçılıq sənətinə göstərdiyi davamlı dəstəyin bariz nümunəsidir.